
İldırım vurdu, tanınmaz hala gəldi: Yanan paltarını yağış söndürüb
11:28 13.08.2024
Hadisə
508
Ərdahanda heyvan otararkən ildırım vurması nəticəsində ayağından 3-cü dərəcəli yanıq xəsarəti alan 23 yaşlı Sıraç Rəcəb Ərzurum şəhər xəstəxanasında dəri transplantasiyası və 35 günlük müalicədən sonra sağlamlığına qovuşub.
Sherg.az xəbər verir ki, təxminən 35 gün əvvəl Ərdahan Sulakyurt kəndində çöldə mal-qara otaran Rəcəb ildırım vurması nəticəsində ağır yaralanıb.
Sağ əlinin ovuc içi və ayaqlarında 3-cü dərəcəli yanıqlar, dəri və bədəninin bəzi yerlərində 2-ci dərəcəli yanıqlar alan Sıraç Rəcəb sürü sahibinin xəbəri üzərinə həkimlər tərəfindən xəstəxanaya aparılıb.

Rəcəb 3 gün orada qaldıqdan sonra Yanıq Müalicə Mərkəzində Reanimasiyada müalicə altına alınıb.
Rəcəb bir müddət reanimasiyada qaldıqdan sonra həyati təhlükəsindən xilas olub.
Ayaqları kəsilməkdən xilas olan , lakin hadisənin təsirindən hələ də özünə gələ bilməyən Rəcəb Sulakyurt kəndinin hündür ərazilərində heyvan otardığını və axşam saatlarına doğru havanın qəfil dəyişdiyini, yağış yağdığını deyib. .
Sürü sahibinin hadisədən bir qədər əvvəl heyvanları saymağa gəldiyini və çadırda olduğunu qeyd edən Rəcəb, "Məni ildırım vurdu, fərqinə varmadım və dərhal huşumu itirdim. Əynimdəki paltar yanıb. Müdir 112 Təcili Xidmətə məlumat verib və dedi ki, yağış mənim paltarımı söndürüb” deyə bildirib.
Rəcəb hadisədə yalnız onu xəstəxanaya apardığını xatırladığını, ildırım vurması nəticəsində huşunu itirdiyini və 35 gündür xəstəxanada olduğunu bildirib.
Yaşadığı hadisənin təsirindən özünə gələ bilməyən Rəcəb sözünə davam edir: "Müdirim olmasaydı, bəlkə də orada ölə bilərdim. Ərzurum xəstəxanasında həkimlər mənə çox yaxşı baxdılar. Sağlamlığıma qovuşduğuma görə çox sevinirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya