Lənkəranda bir ailənin 5 üzvü yol qəzasında xəsarət aldı
20:35 02.06.2021
Hadisə
517
Lənkəranda avtomobil qəzasında biri uşaq olmaqla, beş nəfər xəsarət alıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Osaküçə kənd sakini, 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qənbərova məxsus “VAZ-2104” markalı 90 FB 281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında avtomobil sahibinin kürəkəni, 1999-cu il təvəllüdlü Yusif Mais oğlu Nəhmətov olub. Ailə üzvləri istirahətdən qayıdarkən sürücü, 1967-ci il təvəllüdlü Rasif Qənbərov sərxoş olduğundan avtomobili idarə etməyi Y.Nəhmətova həvalə edib. Qəza zamanı sürcü özü xəsarət almasa da, qaynatası R.Qənbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qənbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqanə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin zəruri tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya