Marketdə ürəyi dayanan gəncə ilkin yardımın faydası olmadı
Məlahət Rzayeva
12:21 18.07.2021
Hadisə
907
Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqid olunub. Sosial şəbəkə istifadəçilərindən biri isə qeyd edib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gəncin ürəyi səhv masaj edilib. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva “Report”a açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub: “Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlər hadisə yerinə çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlər ətrafda adam çox olduğundan təkan vurmayıblar”. İ.Əliyeva vurğulayıb ki, vəfat etmiş şəxsin uşaqlıqdan ürəklə bağlı problemi olub: “Araşdırmalar zamanı müəyyənləşib ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”.
Doktor Mərdan Əliyev “Şərq” açıqlamasında qeyd etdi ki, ürək masajı ürəyin fəaliyyətini dayandırdığı halda edilir:
- Ürək masajı o zaman edilir ki, insanda ürəyin fəaliyyətini dayandırması – ürək döyüntülərinin sıfırlanması baş verir, bu vəziyyətdə yalnız başlanğıc 1-2 dəqiqə ərzində ürək masajı edilməyə başlanılır. Bu dəqiqələr ərzində ürəyin fəaliyyətini yenidən bərpa etməsi hallarına çox rast gəlinir. Cərrahi əməliyyatlar zamanı ürək döyüntüləri itdikdə, ürəyin dayanması halı müşahidə edildikdə, dərhal ürəyin masajı həyata keçirilir. Bu halda insanı həyata qaytarmaq mümkün olur. Lakin insanın keçinməsindən artıq bəlli bir müddət keçibsə, ürək fəaliyyətini tamam dayandırıbsa, ürək masajının da daha heç bir xeyri olmur.
Həkim bildirdi ki, halı pisləşən insanın ətrafına xeyli insanın toplaşması vəziyyəti bir qədər də çətinləşdirir:
- Düzdür, biz bunu insanlarımızın xeyirxahlığı, canyananlığı hesab edirik. Azərbaycan xalqı yardımsevər, köməyə gedəndi. Halı pisləşmiş birisini görəndə başına toplaşırlar, hərə bir tərəfdən yardım təklif edir. Lakin bu, tibbi göstəriş baxımından ziyanlıdır. Bilən də təklif irəli sürür, bilməyən də. Bəzən, epilepsiyalı şəxsin, halı pisləşən bir adamın ağzını zorla açmağa cəhd edirlər. Dəmir materiallardan istifadə edir, kimsə əliylə şəxsin çənəsini açmağa cəhd edir. Bunlar hamısı ziyanlı hərəkətlərdir və xeyir vermək əvəzinə, bəzən ziyanlı olur. Halı pisləşən adamımn ətrafına insanların çox sayda toplaşması doğru deyil. Hava axınına mane olurlar, insanın halının hansı səbəbdən pisləşməsini bilmədikləri halda müdaxilə edirlər. Bunlar tibbi baxımdan yolverilməzdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə