Meymun balası narkotik tacirlərindən xilas edildi

Antalyada narkotik əməliyyatı zamanı 4 aylıq rhesus cinsi meymun balası "Portakal" tapılaraq götürülüb. Təbiət Parkına gətirilən "Portakal" əvvəlcə veterinar müayinəsindən keçirilib, karantin prosesinə alınıb və xüsusi sahəyə yerləşdirilmək üçün hazır vəziyyətə gətirilib.

Sherg.az xəbər verir ki, Antalya Təbiət Parkının veterinarı Oğulcan Demir bildirib ki, "Portakal"ın inkişafı diqqətlə izlənir, fiziki müayinəsi və qan testləri davam edir. Balacaya "Portakal" adı verilmiş və ziyarətçilər təxminən 10 gün sonra onun öz sahəsindəki vəziyyəti ilə tanış ola biləcəklər.