Moskvanın mərkəzindəki gül anbarında baş verən yanğında iki nəfər ölüb - VİDEO - YENİLƏNİB-2
18:55 20.11.2022
Hadisə
732
Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında iki nəfər ölüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirib.
***
Saat 22:17
Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğın lokallaşdırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, lokallaşdırılan yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.
O da qeyd olunub ki, yanğının baş verdiyi ərazidə havada zərərli maddələrin maksimal konsentrasiya həddi qeydə alınmayıb.
***
Saat 18:00
Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğının söndürülməsinə üç helikopter və bir yanğınsöndürən qatarı cəlb olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.
***
saat 17.23
Moskvanın mərkəzində anbar binası yanır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada yanğın 2 min kv.m sahəni əhatə edir.
Rusiya Dəmir Yolları yanğının sərnişinlər üçün təhlükə törətmədiyini və qatarların hərəkətinə təsir etmədiyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət