Naftalan sakini Bakıda özünü asıb

Bakının Binəqədi rayonunda kişi özünü asıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yeni Yaşayış massivində 1983-cü il təvəllüdlü Naftalan şəhər sakini Abbasov Ceyhun Fərrux oğlu özünü evdə asıb. Həyat yoldaşı onu xilas edərək xəstəxanaya çatdırıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirir.