Nazirin bacısı qızı idman zalında faciəvi şəkildə öldü

Türkiyənin Batman şəhərindəki idman zallarından birində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Ölənlərdən 42 yaşlı Əminə Yağrinin Türkiyənin maliyyə naziri Mehmet Şimşəkin bacısı qızı olduğu məlum olub.