
Novella Cəfəroğlu: Fazil Mustafaya güllə atanlara ömürlük həbs verilməsi düzgün qərardır
10:35 13.08.2024
Hadisə
697
VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
“sherg.az” xəbər verir ki, millət vəkili Fazil Mustafa mövzu ilə bağlı hələ ki fikir söyləməyi məqsədəuyğun saymadığını bildirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə vurğulayıb ki, hadisə ilə bağlı ömürlük həbs qərarı çox düzgün addımdır:

“Həmin terrakt təkcə Fazil Mustafaya deyil, ümumən Azərbaycana və bu milllətə qarşı olan hadisə idi. Fazil bəy, İranın siyasətindən ən çox danışan şəxs idi. Ona görə də Fazil Mustafanı hədəf götürdülər. Bu Azərbaycana qarşı düşmənçilikdir. Sözügedən hadisə sui-qəsd yox, terrordur. Azərbaycan dövlətçiliyinə qarşı olunan bütün terror hadisələrinin iştirakçılarına ömürlük həbs vermək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya