Oğuzda biçilmiş taxıl sahələri yanır


Oğuzda biçilmiş taxıl sahələrində yanğın başlayıb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kənd inzibati ərazisinin biçilmiş taxıl sahələrində qeydə alınıb.

Belə ki, ərazidə təqribən 10 hektara yaxın biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Əraziyə Oğuz Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda yanğın davam edir.