Oqtay Qasımov Arif Hacılıdan aydınlıq istəyir
Yusif Nəzərli
05:30 11.01.2024
Hadisə
561
""Elçibəy İnstitutu"nda şəxsi maraqlar üçün istifadə ediləcək bir şey yoxdur"
Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu “Elçibəy İnstitutu”ndan istefa verib.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən A. Hacılı səbəb kimi Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin adından şəxsi maraqları naminə istifadə etməsini göstərib. Onun sözlərinə görə, Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, şəxsi maraqları naminə istifadə etmələri Müsavatın təməl prinsipləri ilə üst-üstə düşmür.
“Elçibəy İnstitutu” İctimai Birliyinin icraçı direktoru Oqtay Qasımov isə “Sherg.az”a açıqlamasında Müsavat başqanının bu addımının onun üçün də gözlənilməz olduğunu deyib:
“Arif bəyin istefa səbəbləri barədə məlumatsızam. İstefa səbəblərinə Arif bəy özü aydınlıq gətirsə, daha doğru olar. Arif Hacılı ilə bağlı bu günə qədər heç bir problem də olmayıb. Onun konkret olaraq kimləri nəzərdə tutduğunu da bilmirəm. Ümumiyyətlə, “Elçibəy İnstitutu”nda şəxsi maraqlar üçün istifadə ediləcək bir şey yoxdur. Ona görə deyirəm ki, bu iddialara Arif bəy özü aydınlıq gətirsə, daha yaxşı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya