Pekində təyyarə dünyanın ən hündür göydələnlərindən birinə çırpılıb

Çində yüngülmühərrikli idman təyyarəsinin göydələnə çırpılması nəticəsində bir nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Sunward SA60L Aurora" markalı idman təyyarəsi Pekində yerləşən China Zun göydələninə çırpılıb.

Hadisə nəticəsində təyyarənin pilotu həlak olub. Məlumata görə, daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, 109 mərtəbəli China Zun binası Pekinin ən hündür tikilisi hesab olunur. Eyni zamanda, bu bina dünyanın ən hündür göydələnləri siyahısında onuncu yerdə qərarlaşıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.