Qardaşının qatilinə sarılıb ağladı və onu BAĞIŞLADI
14:22 06.10.2019
Hadisə
1333
“Səni bağışlayıram. Əminəm tanrı da belə düşünür, o da səni bağışlayardı"
ABŞ-ın Texas əyalətində keçmiş qadın polis məmuru Amber Qujer, mühasib işləyən 26 yaşlı Botam Janı güllə ilə vuraraq öldürmüşdü.
31 yaşlı Amber Qujer Botam Janı onun mənzilinə oğru kimi girdiyini zənn edərək silahla vurduğunu söyləmişdi.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, səhv olaraq işlənən cinayətin məhkəmə prosesi Dallas şəhərində baş tutub. Məhkəmədə bildirilib ki, Botam Jan dondurma yemək üçün evdən çıxıb, lakin Amber Qujerin güllələrinin hədəfi olub. Məhkəmə heyətinin qərarıyla Amber Qujerə 10 il həbs cəzası kəsilib. Prosesə qatılan Botam Janın qardaşı qərarın elan edilməsindən sonra yerindən qalxaraq qardaşının qatili Amber Qujerə sarılıb. O, gənc qardaşının qatilinə, "Səni bağışlayıram. Əminəm tanrı da belə düşünür, o da səni bağışlayardı" deyib. Bu sözlərdən sonra ikili biri-birlərinə sarılaraq ağlamağa başlayıb.
Bütün bu hadisələr Amerika məhkəmə tarixinə öz damğasını vurub. ABŞ-da polis kimi dörd il vəzifə yerinə yetirən Amber Qujerin proses zamanı özünü heç müdafiə etməməsi də diqqət çəkib. Keçmiş polis qadın həyatının təhlükədə olduğunu düşündüyü üçün silahından atəş açdığını söyləyib. Qujer ayrıca məhkəmə heyətinə, "Çox təəssüf edirəm, çox təəssüf edirəm. Həyatımın hər gününü bu ağrıyla yaşamaq məcburiyyətindəyəm" deyib. 2018-ci ilin 6 sentyabr günü yaşanan hadisədə Amber Qujer avtomobilini səhvən başqa bir mərtəbəyə park etmiş, Botam Janın isə onun evinə soxulmağa çalışdığını düşünərək vuraraq öldürmüşdü. Cinayət ABŞ-dakı afroamerikalıların böyük reaksiyasına səbəb olmuşdu. ABŞ-da şübhəli görüb silahla vuran polislərin mühakimə olunması hadisələrinə nadir hallarda rast gəlinir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media