Qəddar atanı kötüklədilər
Məlahət Rzayeva
04:22 30.07.2021
Hadisə
552
O, körpəsinin hər yerinə siqaret basıb
Yaş yarımlıq körpəyə işgəncə verən ata meydan ortasında yerli sakinlər tərəfindən yaxşıca kötəklənib. Hadisə Şişli Kurtuluşda baş verib. Bu barədə “Milliyet.com” xəbər verir. İddiaya görə, ərazidəki binanın sakini Zilan Akman aşağıda körpə ağlaması səsi eşidib. Zilan Akmanla rəfiqəsi Səfa Bəyad aşağı eniblər və onların binasında atasıyla qalan yaş yarımlıq Seyf adlı körpənin titrəyərək ağladığını görüblər. Körpəyə yaxınlaşan Zilan Akçman onun vücudunda qaralmalar, göylüklər və yaralar olduğunu fərq edib. Z.Akman vəziyyəti polisə xəbər verib. Körpəylə birlikdə xəstəxanaya gedib. Körpə Seyf xəstəxanada müalicəyə alınıb. Suriya vətəndaşı olduğu bilinən ata isə polis tərəfindən saxlanılıb və şöbəyə aparılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılan ata evinə dönmək istəyərkən məhəllə sakinləri tərəfindən döyülüb. Z.Akman açıqlamasında “körpənin hər yanı siqaret yanıqları ilə dolu idi. Xəstəxanaya apardıq. Vəziyyəti yaxşı deyil, amma müalicə olunur. Anası körpə 3 aylıq ikən onu tərk edib Vətəninə dönüb. Ata da körpəyə baxmır. Hər dəfə kimlərəsə əmanət edir, gedir. Həbsxanaya düşüb. Körpəyə başqaları baxıb. Yemək vermir, döyür. Körpənin barmağında yara var. Baxdıq ki, can ağırısından dırnağını dişiylə qoparmağa çalışır. Hər tərəf qan içində idi. Yaş yarımlıq körpəni bu vəziyyətə salan ataya ən ağır cəza verilməlidir. Biz körpə Seyf üçün ədalət istəyirik”, deyib. Qeyd edilir ki, körpə müalicə olunduqdan sonra Baxçalı evlərdəki dövlət uşaq müəssisəsinə təhvil veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya