Rusiyanın "MiQ-31" qırıcısı qəzaya uğradı - FOTO

Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhəri yaxınlığında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, insidentin baş verdiyi əraziyə xilasedicilər yollanıb.
Hadisə zamanı hər iki pilotun katapult edərək sağ qaldıqları bildirilir.
Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiq edib.
Təyyarənin düşməsinin ilkin səbəbi kimi texniki nasazlıq göstərilib.