Şəkidə inkassatorla minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə inkassator və minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb.

APA-nın Şimal-Qərb büronun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan inkassator avtomobili "VAZ 2107" markalı 55-CC-583 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtomobillərdə olan üç nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.