Sərhəddə təxribatları "5-ci kolon" törədib?
Yusif Nəzərli
06:20 14.04.2023
Hadisə
593
Paşinyan oxları Rusiya tərəfə yönəldir
Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Parlamentdə çıxışı zamanı bir sıra məqamlara toxunub. Baş nazir aprelin 11-də sərhəddə baş vermiş erməni təxribatına görə Ermənistandakı “beşinci kolonu” suçlayıb. Təxribatın məhz həmin daxili güclər tərəfindən törədildiyini iddia edən Paşinyan bildirib ki, təhlükəsizlik xidməti bu məsələ ilə ciddi məşğul olmalıdır. Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində xarici ölkələrin agentlərinin olması istisna edilmir: “Məsələn, yüksəkrütbəli zabit orduda təşviş yaradır və tabeliyində olanlara döyüş mövqelərini tərk etməyi tapşırır. Bu cinayətlərin motivlərini aşkar etmədən vəziyyəti izah etmək olmaz. Deməli, bu zabitlərin komandirləri ilə yanaşı, onların yuxarıdan əmr aldıqları daha bir instansiya var”.
Nikol Paşinyan Sərhəd Qoşunlarının komandanı Arman Maralçyanı vəzifəsindən uzaqlaşdırıb. Paşinyan ya Ermənistanın verdiyi itkilərin günahını Maralçyanın üzərinə atıb. Ya da SQ komandanını təxribat əməliyyatını uğurla həyata keçirə bilmədiyi üçün cəzalandırıb.
Politoloq Azər Qasımov "Şərq"ə deyib ki, Ermənistan ordusunun zabit heyətinin özü elə Rusiyanın "5-ci kolon"udur: "Bu kolon Paşinyanın qərarlarını sabotaj etməklə məşğuldur. Paşinyan bu bəyanatı ilə Azərbaycanı günahlandıran Fransanın da verdiyi bəyanata cavab vermiş oldu. Hesab etmək olar ki, Paşinyan bu dəfə konstruktivlik nümayiş etdirdi. Gərginlikdə maraqlı olmadıqlarını, amma "5-ci kolon"un təxribatı ilə təxribata çəkildiklərini demək istədi. Təbii ki, Paşinyan bunda Rusiyanı nəzərdə tuturdu. Ermənistan daxilində "5-ci kolon" bir neçə ölkənin ola bilər, amma gərginlik yaradacaq qədər orduya nüfuz edənlər ancaq Rusiyanın agentlərindən başqaları deyil. Qərbin vasitəçiliyi ilə sülh razılaşması müzakirələri öncəsi bu təxribatı ancaq Rusiyanın "5-ci kolon"u törədə bilərdi. Məsələ heç də bizim əsgərin ora getməsindən sonrakı olayların baş verməsi deyil. Əsas məsələ bunu təhrik etmək üçün erməni əsgərlərinə Azərbaycan mövqelərinə yaxın müdafiə istehkam işləri görmək üçün əmr verən erməni zabitləridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya