Sərnişinlərin həyatını təhlükəyə atan sürücü saxlanıldı - YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
13:35 12.01.2023
Hadisə
425
Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb.
Bu barədə Baş DYP İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes-Benz” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.
Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.
14:08
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Cəlilabadda avtobusda qaz balonunun yandırılması ilə bağlı görüntülərə münasibət bildirib.
AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq sürücü xətdən kənarlaşdırılıb:
“Avtobusda qaz balonu yandıranın “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırovun olduğu məlum olub. Sürücü qaz balonunun mikroavtobusda əyləşən sərnişinlərdən birinə aid olduğunu və salonu qızdırmaq üçün yandırdığını bildirib. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü barədə tədbir görülüb və xətdən kənarlaşdırılıb”.
10:28
Cəlilabad rayonunun ictimai nəqliyyatı bərbad vəziyyətdədir.
Baku.ws-ə daxil olan şikayətə görə, rayon daxilində fəaliyyət göstərən avtobuslar standartlara cavab vermir.
Belə ki, marşrut xətlərinin birində kiçiktutumlu avtobusun isitmə sistemi işləmir. Elə bu səbəbdən də sürücü salonu isitmək üçün maye qaz balonu yandırır.
Baş verəcək ən kiçik qəzanın necə böyük faciələrə səbəb olacağı isə hər kəsə məlumdur.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə