Sumqayıtda istifadə olunmayan tikili yanır

Sumqayıt şəhərində istifadə olunmayan tikili yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.