Termo yorğan ölümünə səbəb oldu - FOTO

Türkiyədə termo yorğan yanğına səbəb olub.
Bakupost.az xəbər verir ki, yanğının tüstüsündən zəhərlənən 64 yaşlı Bayram Əli Çətin vəfat edib.
Qonşular onun evindən duman qalxdığını görərək yanğınsöndürmə bölmələrinə xəbər verib.
Mənzilə gələn qruplar huşsuz şəkildə yatan Çətini evdən çıxarıb.
Xəstəxanaya aparılan Çətin həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Araşdırma nəticəsində yanğının termo yorğan səbəbilə baş verdiyi məlum olub.
Məsələ ilə bağlı araşdırma davam edir.