Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

Türkiyənin Qaziantep vilayətinin Nizip rayonunda internat tipli Quran kurslarının 26 şagirdi toyuq dönəri yeyəndən sonra zəhərlənib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, şagirdlər xəstəxanaya yerləşdiriliblər, hazırda vəziyyətləri yaxşıdır.

Hadisə Nizip rayonunun Çanakçı məhəlləsində baş verib. İddiaya görə, internat tipli Quran kursunda bir xeyriyyəçi tərəfindən kənardan gətirilən toyuq dönərini yediyi irəli sürülən 26 şagirdin halı pisləşib.

Faktla bağlı araşdırma başladılıb.