Türkiyədə zəlzələ baş verib


Türkiyənin Elazıq vilayətində zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların gücü Rixter şkalası ilə 4,9 bal, episentri 18 km dərinlikdə olub.

Əsas təkandan sonra 2 afterşok da qeydə alınıb.