Vəhşicəsinə döyülüb küçəyə atılan gənc qızla bağlı YENİ TƏFƏRRÜAT
09:27 08.10.2019
Hadisə
784
Beyləqanda döyülüb küçəyə atılan 18 yaşlı qız hələ də komadan ayılmayıb.
Bu barədə Lent.az -a Beyləqan rayon Yuxarı Aran kənd bələdiyyə sədri Məmmədov Əhməd məlumat verilib. Bələdiyyənin verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı səhər saatlarında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan hələ də komadan ayıla bilməyib.
Bələdiyyə sədri ərazi inspektoru ilə birgə zərərçəkənə baş çəkdiyini və müalicəsinə dəstək olmaq üçün müəyyən miqdarda pul verdiklərini də bildirib. Verilən məlumatda 18 yaşlı Quliyeva Aygün Mehman qızının subay olduğu qeyd olunub. Hadisənin hansı səbəblə və kim tərəfindən törədildiyi məlum deyil. Hazırda rayon polisi cinayət əməlini törədən şəxslərin axtarışını davam etdirir.
Yuxarı Aran kənd bələdiyyəsindən Lent.az -a o da bildirilib ki, hadisə ilə əlaqədar Bakıdan ambulans gəlsə də, həkimlər onu Bakıya aparmayıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media