Xaçmaz rayonunda yerləşən restoranların birində müştəriyə məxsus bank kartı oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Saleh Sultanov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, S.Sultanov kartı əldə edəndən sonra hesabda olan 1590 manat məbləğində pul nağdlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Sultanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.