XİN: Türkiyə tərəfi raket məsələsində Şimali Kiprin yanındadır
19:45 01.07.2019
Hadisə
719
Şimali Kipr rəhbərliyi Lefkoşa və Girnə şəhərləri arasında yerləşən Taşkent kəndi yaxınlığına raket düşməsi faktını BMT-yə və bəzi ölkələrin diqqətinə çatdırıb. Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır.
Bu fikri məlum hadisə ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin sorğusuna cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ifadə edib.
Qeyd edək ki, hadisə yerində müayinə aparan AFAD (Yardım və Fövqəladə Vəziyyət Təşkilatı) mütəxəssislərinin ilkin rəyinə görə, partlayış baş verən ərazidə kimyəvi və reaktiv tərkib müşahidə olunmayıb.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali Kiprin rəhbər şəxsləri ilə telefon danışığı zamanı hadisəni müzakirə edib.
Xatırladaq ki, iyulun 1-də gecə saatlarında Şimali Kiprdə baş verən partlayış və alov adada böyük vahimə yaradıb. Ehtimal edilir ki, partlayış və yanğın Suriya ərazisindən atılan “S-200” raketi nəticəsində baş verib. Şimali Kipr KİV-ləri hadisə yerində raket qalıqlarının olduğunu təsdiq edən orijinal fotolar yayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya