Yardımlıda fahişəliyə cəlb edilən məktəblinin ögey atası da həbs olundu - YENİ HƏBSLƏR GÖZLƏNİLİR
10:24 10.04.2025
Hadisə
326
“Həbs olunanlar arasında qızın ögey atası da var”.
Bakupost.az xəbər verir ki, bunu“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
“Cinsi zorakılığa məruz qalan qızın 11 yaşlı qardaşı da var. Yəqin 2 gün ərzində azyaşlılar sığınacağa yerləşdiriləcək. Daha sonra biz reabilitasiya işinə başlayacağıq. Əminliklə deyə bilərəm ki, bu hadisədə 4 yox, daha çox adam həbs olunacaq. Çünki istintaq nəticəsində müəyyən məsələlərə aydınlıq gətiriləcək. Hazırda uşaqlar Yardımlı Rayon İcra Hakimiyyətinin nəzarətdədirlər, onlara qəyyum təyin olunub” - Birlik sədri bildirib.
Kəmalə Ağazadə cinsi zorakılığa məruz qalan qızın valideynləri haqda da danışıb:
“Ana həbs olunub, ata yoxdur, bildiyim qədər ilə ögey ata da saxlanılanlar arasındadır. Kim nə edibsə, cəzasını alacaq. Burada təhsildən yayınma, uşağa qarşı digər hallandırılan cinayət faktları var. Ailə əslən Yardımlıdan deyil, bura başqa yerdən gəliblər. Biz dəfələrlə vurğulamışıq ki, yaşayış yeri xəritəsi yaradılmalıdır. Yaşayış yerini dəyişənlərin xəritəsi olmalıdır. Onlar müvəqqəti də olsa qeydiyyata götürülməlidirlər ki, ərazidə kimin yaşadığı, haradan gəldiyi məlum olsun. Belə olan halda qanun pozuntusunun qarşısını almaq olar”.
Qeyd edək ki, Yardımlı rayonunda məktəbli qıza qarşı cinsi zorakılıq və fahişəliyə cəlb etmə cinayətləri törədilib.
Aparılan istintaq çərçivəsində qızın anası da daxil olmaqla 4 nəfər həbs olunub.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm