Azad edilən ərazilərdə 39 mina və 234 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.12.2023 - 17.12.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 22 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 234 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 326,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.