Türkiyə MN: "Qardaş Azərbaycana dəstəyi davam etdirəcəyik"

Türkiyə Silahlı Qüvvələri Azərbaycanın haqlı mübarizəsinə dəstəyi davam etdirəcək.
“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri Şimali Kipr, Azərbaycan, Liviya, Kosova, Bosna-Hersoqovina, Qətər, Somali kimi bölgələrdə uğurla fəaliyyət göstərir: “Biz dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstəyi davam etdirəcəyik”.