Türkiyə-Azərbaycan-Gürcüstan hərbçilərinin Ankarada keçirilən birgə təlimi başa çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə bildirib.
O söyləyib ki, üç ölkənin axtarış və xilasetmə bölmələri hərbi təlimdə iştirak ediblər.
Z.Aktürkün sözlərinə görə, manevrlər bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə keçirilib. Təlimlərdə bununla bağlı tapşırıqlar icra olunub.