Azad edilmiş ərazilərdə daha 64 mina, 307 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.12.2023 – 24.12.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Kəlbəcər, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 53 piyada əleyhinə mina, 11 tank əleyhinə mina, 307 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 487,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.