21 aylıq körpə qan ağlayır!
13:27 19.07.2024
Gündəm
610
Dünyada nadir xəstəlik
İngiltərədə 21 aylıq körpə dünyada nadir rastlanan xəstəliyə tutulub. Körpənin gözləri sürətlə böyüyür və gözlərindən qan axır. Körpə kor olmaq təhlükəsi ilə üz-üzədir. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, körpə Aretria Bice yaraşıqlı mavi gözlərlə dünyaya gəlib. Körpə 6 aylıq olanda gözlərindən biri süd rəngi alıb və işığa qarşı həssaslaşıb. Valideynləri həkimə müraciət edib. Müayinə zamanı körpənin gözündə optik sinir üzərində yüksək dərəcədə basqı əmələ gətirən və genetik anormallıq hesab edilən “bilateral konjenital glokom” xəstəliyi aşkarlanıb. Körpənin gözü bir neçə dəfə əməliyyat edilib. Uşağın gözünə oradakı artıq mayeni boşaltmaq üçün boru taxılıb. Lakin bu əməliyyat uğursuz olub, körpənin gözündən yenə qan axmağa başlayıb. Körpənin anası Louise Bice, “körpəmin gözlərindən qıp-qırmızı qan axırdı. Sanki bir qorxu filmini izləyirdim. İndi 6-cı əməliyyata hazırlaşırıq. Körpənin gözləri böyüməkdə davam edir. Müalicə aldıqdan sonra da gözünün ölçüsü kiçilməyib. Kor ola bilər”, söyləyib. Ana deyib ki, körpəyə daim gözlük taxırlar. Hətta gecə də gözlüyü çıxarmırlar. Çünki oyandıqda ətrafı görmədikdə çox qorxur, ağlamağa başlayır və gözündən yenə qan axır. Ana körpəsinin artıq xəstəxanadan da qorxmağa başladığını deyib: “o qədər xəstəxanalara apardıq, nə qədər əməliyyat keçirdi. Körpəm artıq xəstəxana qoxusunu aldıqda ağlamağa başlayır. Qorxur. Biz onun gözlərinin kiçilməyəcəyini bilirik, amma yenə də nəyəsə ümid edirik. Gözünün ölçüləri kiçilməsin, amma bundan artıq böyüməsin, deyə dua edirik. Rəfiqələrim, tanışlarımız uşaqlarının şəklini paylaşan kimi onların gözlərinin ölçüsünə baxıram, öz körpəmin gözləri ilə müqayisə edirəm. Bu məndə artıq psixoloji gərginlik halına gəlib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya