Türkiyənin müxtəlif şirkətlərinin istehsal etdiyi fərqli təyinatlı, xüsusilə də zərbə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycana idxalına dair müzakirələr davam etdirilir.
Bu barədə APA-ya Bakıda keçirilən V "ADEX-2024" sərgisi çərçivəsində məlumat verilib.
Qeyd olunub ki, hazırda bununla bağlı detallar razılaşdırılır.
Azərbaycanla Türkiyə arasında əsasən hidrogen yanacağı texnologiyası ilə işləyən kiçik həcmli pilotsuz uçuş aparatlarının idxalı da tərəflər arasında danışıqların mövzusudur.