Türkiyədə Çankırı şəhərində Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı keçirilib.
Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Mərasim Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.
Tədbirdə 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb.
Təlim kursunu uğurla tamamlayan 10 məzuna xüsusi nişanlar və sertifikatlar təqdim edilib.