Alman hərbi təyyarələri Polşa səmasını qoruyacaq
15:03 04.08.2025
Hərbi
533
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamysz sosial mediada Almaniya Hərbi Hava Qüvvələrinin yaxın həftələrdə beş "Eurofighter" təyyarəsi ilə Polşa hava məkanını qoruyacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa mətbuatı məlumat yayıb.
"Beş alman "Eurofighter EF-2000 Typhoons" yaxın həftələrdə NATO-nun şərq cinahının hava hücumundan müdafiəsinə dəstək verəcək",- nazir deyib.
Onun sözlərinə görə, təyyarələr Varşava yaxınlığında , Minsk Mazovetski aerodromunda yerləşdiriləcək.
Bildirilir ki, Polşada səmasında patrul xidməti əsasən NATO-nun Hava Polisi əməliyyatının iştirakçıları tərəfindən həyata keçirilir. Hazırda İsveçin "JAS-39 Gripen" qırıcıları Polşada rotasiya qaydasında xidmət edir.
Bundan əvvəl İtaliyanın "L'Antidiplomatico" qəzeti yazmışdı ki, Rusiyanın hava üstünlüyünə qarşı çıxmaq getdikcə çətinləşir. Nəşrin məlumatına görə, "Su-57" Rusiya silahlarının “təkamül emblemi”dir. Məqalədə deyilir ki, bu qırıcı radarlarda görünmür və müasir silahlar daşımağa qadirdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region