ABŞ İrana qarşı yeni hava zərbələrinə başlayıb

ABŞ Silahlı Qüvvələri İran ərazisinə qarşı yeni hava zərbələri endirməyə başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyatın məqsədi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) zəiflətmək və Hörmüz boğazında gəmiçiliyə yönələn təhdidlərə cavab verməkdir. ABŞ tərəfi yeni hücumların İordaniyada amerikalı hərbçilərə qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıdığını da qeyd edib.

Bu arada, The Wall Street Journal yazır ki, ABŞ-də İranın müdafiə imkanlarının gücləndiyi etiraf olunur. Nəşrin məlumatına görə, İran raketləri Yaxın Şərqdəki ABŞ hərbi bazalarındakı mühüm obyektləri vurmaq qabiliyyətinə malikdir və hədəfə yaxınlaşarkən trayektoriyasını dəyişə bilir.