Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı tədbirlər keçiriləcək
Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı tədbirlər keçiriləcək
09:23 29.01.2024
Hərbi
658
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
MN xəbər verir ki, keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, müdafiə nazirinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, qabaqcıl metodlardan və yüksək texnologiyalardan istifadə etməklə qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə cari tədris ilində əsas məqsəd bölmələrin idarəedilməsində operativliyin artırılması, onlar arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edilib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən bölmələr təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət