Ermənistanda bəzi vətəndaşlar üçün hərbi xidmətə çağırış yaşı artırılacaq

Ermənistanda təhsil səbəbilə möhlət almış bəzi vətəndaşlar üçün müddətli hərbi xidmətə çağırış yaşının 32-dək artırılması planlaşdırılır.

Sherg.az xəbər verir ki, hökumət bu barədə qanun layihəsini təsdiqləyib.

Hazırda Ermənistanda vətəndaşlar 27 yaşadək müddətli hərbi xidmətə çağırılır. Yeni dəyişiklik xaricdə təhsil alan və qanunvericiliyə əsasən möhlət əldə edən şəxslərə şamil olunacaq.

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, xarici universitetlərdə təhsil proqramlarının uzunluğu səbəbindən bəzi vətəndaşlar 27 yaşa çatana qədər təhsillərini başa çatdıra bilmirlər.

Xüsusilə doktorantların bu problemlə daha çox üzləşdiyi bildirilir. Onlar adətən təhsillərini 27-28 yaşlarında başa vururlar. Yeni qaydalara əsasən, bu kateqoriyaya aid şəxslər üçün çağırış yaşı 32-yə qədər artırılacaq.