
Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı sülh və sabitliyə xidmət göstərir -ŞƏRH
10:54 20.12.2024
Hərbi
602
Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. MN-də keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Hərbi ekspert Ramil Həsənli “Sherg.az”a söyləyib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq ötən əsrin 90-ci illərinə dayanır. Məhz 1990-ci ildən başlayaraq iki ölkə arasında “strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb:

“Müqavilənin müddəalarından biri də hərbi, siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu Azərbaycan-Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-siyasi əməkdaşlığın formalaşmasına və inkişafına gətirib çıxardı. Təbii ki, hər iki ölkənin siyasi iradə nümayiş etdirməsi münasibətləri daha da dərinləşdirdi. Ötən onilliklər ərzində Azərbaycan və Türkiyə münasibətləri müxtəlif inkişaf və böyük layihələrin icra olunması dövrü yaşayıb. Hər bir halda Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq əsasən inkişaf trayektoriyasıyla yadda qalıb. Hərbi-texniki sahədə layihələrin baş tutması, Silahlı Qüvvələrimizin müxtəlif qoşun növlərinin birgə təlimlərinin keçirilməsi müsbət haldır. Türkiyə Quru Qoşunlarının Komandanlığının Azərbaycanda olması və bir sıra görüşlərin həyata keçirilməsi əlaqələrin daha da dərinləşməsinə və yarana biləcək sualların aradan qaldırılmasına xidmət edəcək. İki ölkə arasında olan hərbi əməkdaşlıq digər ölkələr üçün nümunədir. Digər türk dövlətləri də Azərbaycan-Türkiyə və öz aralarında hərbi əməkdaşlığı dərinləşdirə, Türk Dövlətləri Təşkilatında bir sıra təlimlərin bünövrəsi qoyula bilər. Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı regionda sülh və sabitliyə xidmət göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi