Böyük güclərin pozuculuq oyunu: Ermənistan tərəfi atəş açır və yerindəcə cavablarını alırlar -AÇIQLAMA
11:07 29.08.2024
Hərbi
638
Son dövrdə Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar artır. Amma buna baxmayaraq Ermənistan tərəfindən son vaxtlar atəşkəsin pozulmasının şahidi oluruq. Görünən odur ki, tərəflərin sülhə nail olmasını əngəlləmək üçün belə təxribatlar törədilir. Eyni zamanda, Ermənistan tərəfindən Naxçıvan istiqamətində tez-tez atəşkəsin pozulması diqqət çəkən məqamlardan biridir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistanın Azərbaycanla şərti sərhədlərində son hərəkətləri, habelə Naxçıvan istiqamətində atəşkəsi pozması İrəvanın növbəti təxribata hazırlaşdığının göstəricisi hesab edilməlidir. Çünki Ermənistan sülh istəsəydi, müharibədən dərhal sonra Azərbaycanın uzatdığı sülh əlini sıxar və nəticədə bu gün bölgəmizdə sabitlik olardı.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, sözügedən məsələ böyük dövlətlərin Cənubi Qafqazla bağlı həyata keçirdikləri planın tərkib hissəsidir:
“Ermənistan dövləti də həmin çirkin oyunda alət kimi istifadə olunur. Lakin Ermənistan hansısa nəticəyə nail olmayacaq. Ermənistan müstəqillik əldə etdikdən sonra, hətta 44 günlük savaş dönəmində belə Naxçıvan istiqamətində atəşkəsi pozmaqla bağlı heç bir cəhd göstərməyib. Çünki bunun Ermənistan üçün hansı fəlakət gətirəcəyini çox gözəl bilirdilər. Bu təxribatlar böyük dövlətlərin Azərbaycan və Ermənistan arasında sülh sazişini uzatmasına hesablanır. Çox təəssüflər olsun ki, həmin böyük dövlətlər Azərbaycanın üzünə gülsə də, arxada çirkin oyunlarla məşğuldur. Ermənistan isə bu minvalla vaxt əldə etməyə səy göstərir”.
Ekspert vurğulayıb ki, Ermənistan ordusunun yaxın 5 il ərzində normal vəziyyətə gəlməsi üçün xeyli çalışmalıdırlar:
“Hərb elmində belə bir anlayış var ki, müharibədən çıxan ölkənin ordusu ən azı 5 il ərzində intensiv təlimlər keçməlidir. Daha sonra həmin ölkənin ordusu normal vəziyyətə gələ bilər. Ermənistan isə 2020, 2022, 2023-cü illərdə Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə alıb. Ötən illər ərzində isə Ermənistan ordusu ciddi hazırlıq prosesi keçməyib. Azərbaycanın yeganə vəzifəsi isə əsgər və zabitlərimizə ciddi ziyanın dəyməsinin qarşısını almaqdan ibarətdir. Ermənistan tərəfi atəş açır və yerindəcə cavablarını alırlar. Hazırda Ermənistanın hücuma keçmək gücü mövcud deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual