Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi məqsədlərlə istifadə olunduğu bildirilən limanlarına zərbələri davam etdirir.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları ilə həyata keçirilən əməliyyatlar zamanı Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi təyinatlı yük daşıyan bir quru yük gəmisi, Odessa limanında isə hərbi yüklə yüklənmiş daha iki quru yük gəmisi vurulub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, hədəfə alınan gəmilər Ukrayna ordusunun ehtiyacları üçün istifadə olunurdu. Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.