Türkiyə Super Liqasının 2-ci turunda səfərdə “Başakşəhər”lə qarşılaşan “Fənərbaxça” meydandan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb.
Oxu.Az xəbər verir ki, qələbə qonaqlar üçün əlamətdar olub.
Belə ki, “Fənərbaxça” altı mövsüm sonra yarışın ilk iki turunda ardıcıl qələbə qazanıb.
Sözügedən komanda bu mövsümün açılış turunda da “Qazişəhər”ə 5:0 hesabıyla qalib gəlmişdi.
“Fənərbaxça” sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atmışdı.
Ondan sonrakı 6 mövsümdə komanda ilk iki turda 6 xal qazana bilməmişdi.