Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarıldı


Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

Bu barədə Azərbaycan Futbol Federasiyası Assosasiyası məlumat yayıb.

Biletlərin qiyməti 2 manatdan 20 manatadəkdir. 

“Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xatırladaq ki, seçmə mərhələdə E qrupunda mübarizə aparan millimiz üç oyundan xalsız qalaraq sonuncu yerdədir.