Sərhədçi idmançılardan ordumuza DƏSTƏK: “Döyüşə atılmağa hazırıq !" - Video    

Azərbaycan Dövlət Sərhəd Xidmətinin tanınmış idmançı zabitləri Ermənistanın aramsız təxribatlarına cavab olaraq əks-hücuma keçib, düşmənə sarsıdıcı zərbə vuran müzəffər ordumuza  dəstək ifadə ediblər. Azərbaycan Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dillər əzbərinə çevrilmiş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarını səsləndirən çempion zabitlər bayrağımızın Qarabağda dalğalanması üçün əllərindən gələni etməyə, can verməyə hazır olduqlarını bildiriblər. Və eyni zamanda düşmən ölkə  idmançıları üzərində qazandıqları qələbələrdən söz açıblar:



 Belə ki, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Kubokunun qalibi,  2012-ci il dünyanın ən yaxşı məşqçisi, polkovnik-leytenant Firdovsi Umudov Azərbaycanın bu haqq işində, vətən müharibəsində ordumuza, əsgər və zabitlərimizə  məxsusi dəstəyini ifadə edib:

“Biz idmançılar da Azərbaycanımızı beynəlxalq  arenda, avropa və dünya çempionatlarında , Olimpiya Oyunlarında layiqincə təmsil etmişik. Ölkəmizin üçrəngli, şanlı bayrağını ucalara qaldırıb, əzəmətli himnimizi səslədirmişik. Biz hər zaman döyüşə atılmağa hazırıq ! Bu gün də Silahlİ Qüvvələrin Ali Baş Komandanı, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı bayrağımızı Xankəndi,  Şuşa və Qarabağımızda dalğalandıracağıq. Bütün dünyaya səslənərək, bəyan edirik ki,  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


Bundan başqa, cüdo üzrə gənclər arasında dünya və avropa mükafatçısı, baş leytenant İlqar Müşkiyev qeyd edib ki, Ermənistanın İrəvan şəhərində erməni idmançını məğlub edərək Azərbaycan üçrəngli, şanlı Azərbaycan bayrağını qaldırıb:

“İnşallah bayrağımızı Qarabağda, Xankəndidə, Şuşada dalğalandıracağıq”

Bundan başqa,  karate idman növü üzrə avropa çempionu, xanım baş leytenant  Fəridə Abıyeva ən böyük arzusunun Qarabağda erməni qadın taboru ilə üzə-üzə gəlib, onları məğlub etməsi olduğunu vurğulayıb:

“Məhz bu qələbədən sonra düşmən Qarabağın kimə məxsus olduğunu lap yaxşı başa düşəcək”.

Həmçinin kikboksinq üzrə dünya çümpionu, əməkdar məşqçi, mayor Fuad Zeynalov bir idmançı və məşqçi kimi daim tələbələrini Qarabağ ruhunda, sevdasında yetişdirdiyini söyləyib: “ Nəhayət o gün bu gündür. Döyüşlər başladı. İnşallah döyüşlərə qatılıb,  şəhid qanı ilə yoğrulmuş üç rəngli ay, ulduzlu bayrağımızı  Şuşada dalğlandıracağıq”.


 

Eyni zamanda cüdo üzrə avropa və dünya cempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi, DSX-nin zabiti kapitan Nicat Şixalizadə beynəlxalq idman arenalarında dəfələrlə erməni rəqibləri üzərində qələbə qazandığını bildirib:

“Bu gün xalqımızın dəstəyi ilə ən böyük qələbəni Qarabağda qazanacağıq. Söz verirəm ki, üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq”.

Cüdo üzrə olimpiya oyunlarının gümüş mükafatçısı, Avropa və İslam Oyunlarının qalibi , leytenant Rüstəm Orucov neçə illərdir, bu günü gözlədiyini deyib:

“Mən də döyüşə atılacam və ordumuzun gücünü göstərəcəyik”.

Sərəst güləş üzrə 3 qat dünya və avropa çempionu, baş leytenant Hacı Əliyev beynəlxalq idman yarışlarında hər zaman yaxşı nəticələr göstərərək xalqımıza sevinc bəxş etdiyini dilə gətirib:

“İndi isə zabit olaraq döyüşlərdə qəhrəman oğullar yetişdirən uca xalqımıza qələbələr yaşadacağıq”.

Güləş üzrə 3 qat avropa çempionu, olimpiya və dünya mükfatçısı, baş leytenant Cəbrayıl Həsənov diqqətə çatdırıb ki, ermənilər güləş meydanında onu yaxşı tanıyırlar:

“Bu dəfə isə mənfur düşmənlər məni Qarabağda Azərbaycan  zabiti kimi yaxşı tanıyacaqlar”.

Avropa və dünya çempionu, 1-ci Avropa Oyunalarının qalibi, baş, leytenant Rəsul Çunayev fikirlərini bir cümlə ilə ifadə edib: “İnşallah Ali Baş Komandanı Qarabağda növbəti əsgər salamı ilə salamlamaq ümidi ilə Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Karate üzrə dünya və avropa çempionu, gizir  Orxan Heydərli yenilməz ordumuzun gücü ilə Qarabağı düşmən tapdağından azad edəcəyimizə qəlbən inanır:

“İnşallah Qarabağı azad edəcəyik, beynəlxalq turnirləri bu torpaqlarda keçirib,  bayrağımızı orada dalğalandıracağıq”.


Sonda bütün idmançı zabitlər Sərhədçi İdman Olimpiya Mərkəzinin qarşısına yığışaraq “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” nidasını səsləndiriblər.