"Barselona" onunla razılaşdı


“Barselona” “Mançester Siti”nin futbolçusu Erik Qarsiyanın keçidi üçün razılıq əldə edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi 2021-ci ilin yayında Kataloniya klubuna transfer olunacaq. Onun komandaya azad agent kimi keçəcəyi gözlənilir.

“Barselona”nın futbolçunu bu ay alması ehtmalı olsa da, klub rəhbərliyi “Mançester Yunayted”in tələb etdiyi 10+10 milyon avro transferhaqqını ödəmək istəmir.

Qeyd edək ki, Qarsiya 2018-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. O, “Barselona”nın yetirməsidir.