“Trabzonspor” səfərdə qələbə qazanıb, “Beşiktaş” liderliyə yüksəlib


Türkiyə Super Liqasında XVI turun daha 3 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, təhlükəli zonada qərarlaşan “Gənclərbirliyi” Rizədə yerli “Rizəspor”la bərabərə qalıb.

Turnir cədvəlidə qonşu olan “Fatih Karagümrük”lə “Trabzonspor”un duelidən ikincilər üstün ayrılıb. Qələbə sayəsində “bordo-mavililər” rəqibini geridə qoyub.

Yüksəlişdə olan və son 3 turda maksimum nəticə göstərən “Beşiktaş” autsayder “Kayserispor”u sınağa çəkib. Axırıncı qələbəsini üç ay əvvəl qazanan və son üç görüşdə məğlubiyyətləri sıralayan “Kayserispor” güclü rəqibi ilə də bacarmayıb. “Ağ-qaralar” son dəqiqələrdə gələn qollarla qələbə qazanaraq, liderliyə yüksəlib.

Tura yanvarın 4-də keçiriləcək “Kasımpaşa” – “Fənərbaxça” (20:00) matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XVI tur
3 yanvar
“Rizəspor” – “Gənclərbirliyi” – 1:1
Skoda, 8 – Soner Dikmən, 65
“Fatih Karagümrük” – “Trabzonspor” – 1:2
Balkoveç, 70 – Nvakaeme, 46, Ekuban, 81
“Kayserispor” – “Beşiktaş” – 0:2
Nkudu, 88 (pen.), Hasiç, 90+7