“Borussiya” və “Bavariya” qələbə qazanıb


Almaniya Bundesliqasında XIV tur yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, son gündə 2 oyun keçirilib.

Turnir cədvəlində qonşu olan “Borussiya” ilə “Volfsburq” arasında Dortmundda keçirilən görüşdə ev sahibləri ikinci hissədə vurulan qollarla aktivlərinə 3 xal yazdırıblar.

“Bavariya” autsayder “Maynz”ı sınağa çəkib. Üç aydan çoxdur məğlubiyyət üzü görməyən Münhen təmsilçisi ilk yarıda 2 top fərqi ilə geri düşsə də, fasilədən sonra bunun əvəzini artıqlaması ilə çıxıb və əzmkar qələbə qazanıb.

Bundesliqada XV turun oyunları 8-10 yanvarda baş tutacaq.

Almaniya Bundesliqası
XIV tur

3 yanvar

“Borussiya” (D.) – “Volfsburq” – 2:0
Akanji, 66, Sanço, 90+1
“Bavariya” – “Maynz” – 5:2
Kimmix, 50, Sane, 55, Sule, 70, Levandovski, 76 (pen.), 83 – Burkardt, 32, Hak, 44