UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında revanş görüşünün keçirilməsinin vacib olmasının səbəbini açıqlayıb.
Bu barədə “BJPenn” məlumat yayıb.
“Bu döyüş çox pul gətirər. Aydındır ki, hər iki döyüşçü bu qarşılaşmadan yaxşı qazana bilər. Bunu ilk səbəb adlandıraq. İkinci səbəb - revanş onların ikisi üçün də vacibdir. Konorun yerində olsan, keçmiş məğlubiyyətə görə qisas almaq istəyərsən, Həbibin yerində olsan isə həqiqətən güclü olduğunu sübut etmək üçün Makqreqoru ikinci dəfə udmaq istəyərsən”, - deyə D.Uayt bildirib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov dəfələrlə bir daha peşəkar rinqə qayıtmayacağını açıqlayıb.