Madrid “Real”ının Xarici Əlaqələr üzrə direktoru Emilio Butraqeno Luka Modriçlə müqavilənin uzadılacağına işarə vurub.
Bu barədə “Marca” yazıb.
“İdmanın bu növünü daha yaxşı edən Modriç kimi futbolçular var. Onun ilk hissədə Ferlan Mendiyə ötürməsi möhtəşəm idi. Heyətimizdə bu cür oyunçunun olması bizim üçün lüksdür. O, bizə çox şey verir, bunu indi edir və etməyə də davam edəcək”, - deyə E.Butraqeno bildirib.
Luka Modriçin müqaviləsinin daha bir il müddətinə - 2022-ci ilin 30 iyununa qədər uzadılacağı qeyd olunur.