“Barselona” kapitan Lionel Messinin məvacibinin mediada yayılması məsələsi ilə bağlı bəyanat yayıb.
Sherg.az Qol.az-a istinadən xəbər verir ki, bəyanatda sənədin yayımlanması ilə bağlı klubun heç bir məsuliyyət daşımadığı qeyd olunub. Həmçinin, məvacibi yayımlayan “El Mundo” nəşri ilə bağlı qanuni addımların atılacağını bildirilib.
İspaniya mətbuatı məvacibinin mətbuatda yayılmasından sonra Messi ilə klub arasında münasibətlərin pisləşdiyini yazıb.
Qeyd edək ki, “El Mundo” nəşrinin yaydığı məlumatda Messinin 2017-ci ildə imzaladığı 4 illik müqavilə ilə 555 milyon avro qazandığı bildirilib.