Türkiyə Super Liqasında XXII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, son gündə 5 oyun keçirilib.
“Alanyaspor”un qonağı olan “Sivasspor” səfərdən əliboş dönüb.
Təhlükəli zonada qərarlaşan komandalardan “Ərzurum BB” və “Dənizlispor” turu 3 xalla başa vurubsa, “Gənclərbirliyi” evdə, “Ankaragücü” isə səfərdə rəqibi ilə bacarmayıb.
Mərkəzi oyunda son 11 matçın 10-da qələbə qazanan və 1-də heç-heçə edən “Beşiktaş” Superkubokun qalibi “Trabzonspor”u qəbul edib. “Bordo-mavililər” də buna qədər 6 görüşdə (5 qələbə, 1 heç-heçə) məğlub olmamışdı. Rəqibini səfərdə yenən trabzonlular həm ardıcıl 4-cü qələbəsini qazanıb, həm də “Beşiktaş”ın uğurlu seriyasına son qoyub. Bu məğlubiyyət eyni zamanda “ağ-qaralar”ın liderliyi əldən verməsinə səbəb olub.
Qeyd edək ki, XXIII turun oyunları 2-4 fevral tarixində baş tutacaq.
Türkiyə Super Liqası
XXII tur
31 yanvar
“Ərzurum BB” – “Ankaragücü” – 1:0
Cenk Alkılıç, 68
“Alanyaspor” – “Sivasspor” – 3:1
Fatih Aysoy, 14, Davidson, 45+2, Babakar, 60 – Qradel, 90 (pen.)
“Dənizlispor” – “Göztəpə” – 2:1
Rəcəp Niyaz, 42, Mesanoviç, 79 – Mixoyeviç, 69
“Gənclərbirliyi” – “Antalyaspor” – 0:1
Sidney, 87
“Beşiktaş” – “Trabzonspor” – 1:2
Abubakar, 30 – Montero, 44 (avtoqol), Uqo, 63