Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə yığmamızın aparıcı üzvü İlham Zəkiyev 22 il öncə yaralı halda çəkilən şəkillərini paylaşıb.
Oxu.Az xəbər verir ki, 40 yaşlı ikiqat Paralimpiya çempionu 1999-cu ilin fevralın 4-də yaralandığı anı xatırladıb. Zəkiyev həmçinin hərbi xidmətdə olduğu şəkli də bölüşüb.